Avqustun 10-da Bakının Nardaran qəsəbəsində, qeyri-çimərlik ərazidə 4 azyaşlı uşağın boğularaq ölməsiylə bağlı cinayət işi açılıb.
Bakı şəhər Prokurorluğundan AZXEBER.COM-a verilən məlumata görə, faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.