Nardaranda 60-dan çox şəxsə həbs tədbiri seçilib

KRİMİNAL
12:02 11.01.2016
2072

Bakının Nardaran qəsəbəsində ümumilikdə 60-dan çox şəxs barəsində inzibati qaydada həbs tədbiri seçilib.

AZXEBER.COM APA-ya istinadən bildirir ki, Hüquq-mühafizə orqanlarından verilən xəbərə görə, hazırda inzibati qaydada həbs olunan 15 Nardaran sakini Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində saxlanılır.

Məlumata görə, inzibati qaydada həbs olunan şəxslərdən 50-dən çoxu artıq azadlığa buraxılıb.

Qeyd edək ki, ötən il noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib.

OXŞAR XƏBƏRLƏR