Nardaranda planlaşdırılan aksiya təxirə salınıb

Nardaranda planlaşdırılan aksiya təxirə salınıb
17:11 05.04.2013
862

Bakının Nardaran qəsəbəsində bu gün keçirilməsi nəzərdə tutulan aksiya təxirə salınıb.

Qəsəbə sakini İlqar Abbasovun jurnalistlərə verdiyi açıqlamaya görə, dindarlar Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin vasitəçiliyi ilə rəsmi qurumlarla danışıqlar aparırlar. Məhz buna görə də aksiya təxirə salınıb.

Qeyd edək ki, Nardaran qəsəbəsində polis təhlükəsizlik tədbirləri görüb. 

Qəsəbəyə giriş üçün məhdudiyyət yoxdur.//apa

OXŞAR XƏBƏRLƏR