Nardaranda qum karxanasında bədbəxt hadisə - Ölən var

Nardaranda qum karxanasında bədbəxt hadisə - Ölən var
SOSİAL
13:42 27.03.2024
282
Martın 26-da Sabunçu rayonu Nardaran kəndi ərazisində yerləşən qum karxanasında bədbəxt hadisə baş verib.

AZXEBER.COM Baş Prokurorluğa istinadən xəbər verir ki, 1978-ci il təvəllüdlü Ədalət Hüseynovun yük qaldırıcı avtomobillə (kran) beton lövhə arasında qalması nəticəsində almış olduğu xəsarətlərdən ölüb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR