Nardarandakı “Rəhimə xanım ziyarətgahı” məscidinə sabahdan qaz veriləcək

Nardarandakı “Rəhimə xanım ziyarətgahı” məscidinə sabahdan qaz veriləcək
SOSİAL
16:26 03.11.2016
1068

 

Bakı şəhərinin Nardaran qəsəbəsindəki "Rəhimə xanım ziyarətgahı” məscidinə sabahdan etibarən təbii qaz veriləcək.

Bunu "Report”a məscidin axundu Musa Rza bildirib. 

O qeyd edib ki, məscidin qazı 2015-ci ilin dekabrından kəsilib. M.Rza deyib ki, yeni qaydalara görə, məscid Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyata alınmalı idi: "Biz də qeydiyyatla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciət etdik. Müraciətimiz müsbət cavablandırıldı və bu ilin sentyabr ayında məscid qeydiyyata alındı. Sonra texniki şərtlərin alınması üçün ASAN Xidmətə müraciət etdik”.

Onun sözlərinə görə, ASAN Xidmət bu gün texniki şərtləri təqdim edib və həmin texniki şərtlərin alınması ilə bağlı arayış "Azəriqaz"a göndərilib: "İstehsalat Birliyindən sabah qazın verilişinin təmin olunması ilə bağlı məlumat verilib”.

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətindən "Report”un sorğusuna cavab olaraq bildirilib ki, abonent uçotu sistemində qeydiyyatda olan və təbii qazla təmin olunan İslam dini təyinatlı ibadət, digər konfessiyalara məxsus məbəd və ziyarət yerlərinin orta illik qaz sərfiyyatı 1 953 kubmetr olduğu halda İstehsalat Birliyi tərəfindən hər bir məbədə illik 5 min kubmetr limitin əvəsiz verilməsi həyata keçirilir: "2016-cı il noyabrın 1-ə olan məlumata əsasən, bu çərçivədə 378 məscid və dini məbədin təbii qazdan əvəzsiz istifadəsi üçün 1 890 000 kub metr limit ayrılıb. SOCAR-ın "Azəriqaz” İstehsalat Birliyi insanların dini inanclarından asılı olmayaraq hər bir məbədə hörmətlə yanaşır”.

Qurumun mətbuat xidmətindən bildirilib ki, "Rəhimə xanım ziyarətgahı” məscidinin qazla təmin edilməsi ilə bağlı müraciət təqdim olunandan sonra "Azəriqaz" məscidin tez bir zamanda təbii qazla təmin olunması üçün bütün köməkliyi göstərəcək.

 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tanınmış müğənniyə ağır itki
08:15 20.07.2025
Tanınmış müğənniyə ağır itki
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
23:54 19.07.2025
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
23:46 19.07.2025
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
23:37 19.07.2025
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
23:21 19.07.2025
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
23:06 19.07.2025
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
22:52 19.07.2025
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
22:42 19.07.2025
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük