Nardaranlılardan götürülən silah-sürsatın - Siyahısı

Nardaranlılardan götürülən silah-sürsatın - Siyahısı
SOSİAL
13:56 20.09.2016
1375
Son bir ildə Nardaran sakinlərinin təhvil verdiyi silah-sursatın siyahısı açıqlanıb.
Daxili işlər orqanlarından verilən məlumata görə, qəsəbədə cinayətkarlıqla mübarizə, ictimai təhlükəsizliyin təmini sahəsində də diqqətəlayiq işlər görülür. Cari ilin ötən dövründə Nardaran sakinləri tərəfindən könüllü olaraq xeyli sayda silah-sursat, o cümlədən 3 ədəd avtomat, 4 tapança, 27 tüfəng, 4 əl qumbarası, 652 ədəd müxtəlif çaplı patron, həmçinin 6 "Molotov" kokteyli, 2 qumbara alışqanı, 5 sandıqça təhvil verilib və bu yöndə məqsədyönlü fəaliyyət davam etdirilir.
Qeyd olunub ki, hazırda paytaxtın Nardaran qəsəbəsində abadlıq-quruculuq işləri, sakinlərin sosial-məişət problemlərinin həlli, yeni iş yerlərinin açılması və infrastrukturun yaradılması istiqamətində zəruri tədbirlər uğurla həyata keçirilir.
APA.az
OXŞAR XƏBƏRLƏR