“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR

“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
İQTİSADİYYAT
15:52 25.06.2026
612

İnklüziv cəmiyyət istiqamətində mütəmadi sosial layihələr həyata keçirən sərfəli mobil operator "Nar” bu dəfə əlilliyi olan şəxsləri kulinariya master-klasında bir araya gətirib. 

Layihə iştirakçılarını "Nar”ın baş icraçı direktoru Özgür Genç salamlayıb: ""Nar” olaraq, uzun illərdir əlilliyi olan şəxslərin sosial, mədəni, təhsil və məşğulluq sahələrində bərabər və əlçatan imkanlardan faydalanmasını dəstəkləyən ardıcıl layihələr həyata keçiririk. Müxtəlif sahələri əhatə edən təşəbbüslərimizin əsas məqsədi hər kəsin özünə uyğun şəkildə iştirak edə, öz potensialını reallaşdıra və özünü cəmiyyətin bir parçası kimi hiss edə biləcəyi daha inklüziv mühitin formalaşmasına töhfə verməkdir. Bu yolda layihələrimizin iştirakçılarına və bizə dəstək olan tərəfdaşlarımıza təşəkkürümü bildirirəm.”

"Bütün Vücudlar Danışır” sosial layihəsi çərçivəsində keçirilən kulinariya master-klası "Hyatt Regency Baku” hotelində baş tutub. Tədbirin açılışında hotelin baş meneceri Orxan Ələkbərov çıxış edib, daha sonra master-klas baş aşpaz Kənan Balaşovun rəhbərliyi ilə davam edib.

İnklüziv və səmimi atmosferdə baş tutan master-klasda iştirakçılar komanda şəklində çalışaraq müxtəlif təamların hazırlanmasında iştirak ediblər, bu prosesdə həm yeni təcrübələr qazanıblar, həm də yaradıcı yanaşmalarını ortaya qoyublar. Tədbir birgə fəaliyyətin yaratdığı isti ab-hava və iştirakçılar arasındakı səmimi ünsiyyətlə yadda qalıb.

Qeyd edək ki, "Bütün Vücudlar Danışır” sosial layihəsi mobil operator "Nar” və "DanceAbility Azərbaycan” tərəfindən həyata keçirilir. Layihənin 13 dekabr 2025-ci ildən start götürən hazırkı mərhələsində, 75 nəfəri əlilliyi olan şəxslər olmaqla, ümumilikdə 233 nəfər iştirak edib. "Bütün Vücudlar Danışır” sosial layihəsinin hədəfi təlim proqramları, master-klaslar, əlilliyi olan və olmayan şəxslərin birgə iştirak etdiyi rəqs və digər fəaliyyətlər vasitəsilə inklüziv cəmiyyətin inkişafına töhfə verməkdən ibarətdir. 

"Nar”ın həyata keçirdiyi sosial layihələr haqqında ətraflı məlumatı operatorun rəsmi saytından (nar.az) əldə edə bilərsiniz.

"Nar” hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. "Nar” son 7 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İraqdan İrana bütün uçuşlar dayandırıldı
02:32 26.09.2026
İraqdan İrana bütün uçuşlar dayandırıldı
Azərbaycanda deputatla satıcı arasında qarpız üstündə MÜBAHİSƏ: “İşimdən oldum, 4 balam çörəksiz qaldı”
01:19 26.09.2026
Azərbaycanda deputatla satıcı arasında qarpız üstündə MÜBAHİSƏ: “İşimdən oldum, 4 balam çörəksiz qaldı”
Türkiyənin "Adriana Lima"sı saxlanıldı
01:17 26.09.2026
Türkiyənin "Adriana Lima"sı saxlanıldı
Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri - VİDEO
01:00 26.09.2026
Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri - VİDEO
ÜST rəhbərindən dünyaya HƏYƏCAN TƏBİLİ: "Yeni pandemiya qaçılmazdır"
00:44 26.09.2026
ÜST rəhbərindən dünyaya HƏYƏCAN TƏBİLİ: "Yeni pandemiya qaçılmazdır"
Gəncədə “Kia” ilə “Qazel” toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
00:34 26.09.2026
Gəncədə “Kia” ilə “Qazel” toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək
00:20 26.09.2026
Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək
Bürclər bu günə nə deyir?
00:08 26.09.2026
Bürclər bu günə nə deyir?
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
23:59 25.09.2026
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
23:37 25.09.2026
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
"Təzə evlənmişdi, ailəmiz məhv oldu" - Tələbə dostunun toyuna gedən İlkinin müəmmalı sonu - VİDEO
23:31 25.09.2026
"Təzə evlənmişdi, ailəmiz məhv oldu" - Tələbə dostunun toyuna gedən İlkinin müəmmalı sonu - VİDEO
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
23:20 25.09.2026
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
Müavinət və təqaüd alanlara mühüm xəbər
23:14 25.09.2026
Müavinət və təqaüd alanlara mühüm xəbər
Evdə hazırlanan qidaların satışı ilə bağlı yenilik bahalaşmaya səbəb olacaq? - VİDEO
23:03 25.09.2026
Evdə hazırlanan qidaların satışı ilə bağlı yenilik bahalaşmaya səbəb olacaq? - VİDEO
İnsanları həyatından ən asan çıxaran 4 bürc: tərəddüd etmirlər
22:52 25.09.2026
İnsanları həyatından ən asan çıxaran 4 bürc: tərəddüd etmirlər
Birdən çox kartı olanlara VACİB XƏBƏR: Banklar Assosiasiyasından YENİ AÇIQLAMA
22:38 25.09.2026
Birdən çox kartı olanlara VACİB XƏBƏR: Banklar Assosiasiyasından YENİ AÇIQLAMA