Narın tərkibindəki maddə ürək fəaliyyətini 80 faiz yaxşılaşdırır

Narın tərkibindəki maddə ürək fəaliyyətini 80 faiz yaxşılaşdırır
SAĞLAMLIQ
02:33 05.10.2026
108
Alimlər narın tərkibindəki bəzi maddələrin bağırsaq bakteriyaları tərəfindən parçalanması nəticəsində yaranan urolitin A-nın ürəyə təsirini araşdırıblar.

Ürək çatışmazlığı olan siçanlar üzərində aparılan sınaqlarda maddənin ürək fəaliyyətinin bəzi göstəricilərini 80 faizə qədər yaxşılaşdırdığı müəyyənləşib.

Tədqiqatçılar nəticələrin ümidverici olduğunu, lakin maddənin insanlarda ürək çatışmazlığının müalicəsi kimi istifadə olunması üçün əlavə araşdırmalara ehtiyac olduğunu bildirirlər.
 
///lent.az///
OXŞAR XƏBƏRLƏR