Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börnsün 2022-ci ilin noyabrında Ankarada keçirilən görüşdə Rusiyanın xarici kəşfiyyat rəhbərinin onunla təkəbbürlü danışması ilə bağlı iddialarına cavab verib.
Narışkin amerikalı həmkarı Uilyam Börnslə görüşün xarakteri və nəticələrini müsbət qiymətləndirdiyini söyləyib. Onun sözlərinə görə, Börsnlə görüş məzmunlu, atmosfer isə çox rahat olub.
"Mən həmkarım Uilyam Börnsə həm çox təcrübəli, bacarıqlı diplomat kimi, həm də Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsində hələ çox təcrübəsi olmayan həmkarım kimi böyük hörmətimi saxlayıram”, – Narışkin əlavə edib.
O, izah edib ki, əgər Ankaradakı görüşdə tərəflərdən biri özünü həyasız, kobud, təkəbbürlü aparsaydı, o zaman görüş çətin ki, 2,5 saat çəkərdi.
///Apa