Narkoloji Dispanserin yeməkxanasında qan töküldü

Narkoloji Dispanserin yeməkxanasında qan töküldü
SOSİAL
09:18 19.04.2023
144
Respublika Narkoloji Dispanserində bıçaqlanma olub.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə dispanserin mətbəx otağında qeydə alınıb.

Məhkəmə qərarları əsasında məcburi müalicə alan 1986-cı il təvəllüdlü Əzizov Seymur Bəxtiyar oğlu, heç bir əsaslı səbəb olmadan 1979-cu il təvəllüdlü Məhərrəmov Əziz Fərzulla oğlunu bıçaqlayıb.

Faktla bağlı Sabunçu RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
OXŞAR XƏBƏRLƏR