Narkoşəbəkə yaratmaqda ittiham edilən şəxs Azərbaycandan ekstradisiya edildi

Narkoşəbəkə yaratmaqda ittiham edilən şəxs Azərbaycandan ekstradisiya edildi
SOSİAL
16:50 14.10.2016
1260

Narkoşəbəkə yaratmaqda ittiham edilən Belarus vətəndaşı Bakıdan Minskə ekstradisiya edilib.

Adı açıqlanmayan cinayətkarı 10 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Hüquq-mühafizə orqanları əməkdaşlarının versiyasına görə, psixotrop maddələr iki internet-mağaza vasitəsilə satılıb. Əvvəllər artıq narkotik alverinə görə məhkum həyatı yaşayan 30 yaşlı Belarus vətəndaşı gizlilik prinsipləri əsasında mütəşəkkil dəstəyə rəhbərlik edib.

O, Azərbaycan və Belarus hüquq-mühafizə orqanlarının birgə fəaliyyəti sayəsində Azərbaycanda saxlanılıb.
Qeyd edək ki, mütəşəkkil qrupun artıq 20-dən çox üzvü psixotrop maddələrin satışı üzrə törətdikləri cinayətlərə görə məhkum edilib. Amma iş ilə bağlı şübhəlilərin sayının çox olması nəticəsində axtarışlar davam etdirilir.

 
OXŞAR XƏBƏRLƏR