"Tik-tok” sosial şəbəkə hesabında "@ağdam483” adlı istifadəçi narkotik maddədən istifadə edib.
AZXEBER.COM xəbər verir ki, həmin şəxs görüntüləri çəkərək sosial şəbəkə hesabında paylaşıb.
Məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin bölmə rəisi, polis baş leytenantı Zeyni Hüseynov AZXEBER.COM-a açıqlama verib.
O, qeyd edib ki, belə hallar aşkar edildikdə müvafiq tədbirlər görülür:
"Mütəmadi olaraq sosial şəbəkələrdə monitorinqlər aparılır. Belə hallar olduqda həmin şəxslər müəyyən olunaraq barəsində tədbir görülür. Qeyd etdiyiniz görüntü ilə bağlı da məsələ araşdırılır”.
Aydın Nuri