Narkotik vasitə qəbul edən şəxslər sürücülük hüququndan məhrum edildi

Narkotik vasitə qəbul edən şəxslər sürücülük hüququndan məhrum edildi
SOSİAL
19:12 09.12.2021
281
Narkotik vasitə qəbul etmələri müəyyən edilən şəxslər 9 ay müddətinə sürücülük hüququndan məhrum ediliblər.

Bu barədə AZXEBER.COM-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən dekabrın 5-də saat 18 radələrində Sabirabad rayonunun Nizami kəndi ərazisində yerləşən postda Sumqayıt şəhər sakini A.Tapdıqovun və Bakı şəhər sakini E.Binyətovun idarə etdikləri "Shacman” markalı 2 yük avtomobili nəzarət-yoxlama qaydasında saxlanılıb.

Polis əməkdaşları tərəfindən həmin sürücülərin narkotik vasitə qəbul etmələri müəyyən edilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokollar tərtib edilib.

Hər iki sürücü Şirvan Şəhər Məhkəməsinin qərarı ilə 9 ay müddətinə sürücülük hüququndan məhrum ediliblər.
OXŞAR XƏBƏRLƏR