Narkotik vasitələrin məhv edilməsini həyata keçirəcək komissiyalar müəyyənləşdi

SİYASƏT
14:48 05.08.2024
224
Qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsini həyata keçirəcək komissiyalar müəyyənləşib.

AZXEBER.COM-un xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1197-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Prezidentin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Müəyyən edilib ki, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" qanunun 32.2-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Prezident həyata keçirir.

Qanunun 32.2-ci maddəsinin birinci cümləsinə əsasən, qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi aşağıdakı komissiyalar tərəfindən həyata keçirilir:

1. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən formalaşdırılan külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiya;

2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən formalaşdırılan Naxçıvan Muxtar Respublikasının ərazisində külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Naxçıvan Muxtar Respublikasının Komissiyası;

3. yerli icra hakimiyyəti orqanları tərəfindən formalaşdırılan az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə rayon (şəhər) komissiyaları.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər

17:19 12.02.2025

İlham Əliyev: Azərbaycanda təhsil alan Somalidən olan tələbələrin sayı artacaq

17:15 12.02.2025

Əməliyyata pulumuz çatmadı, yoldaşımı itirdik - "Talassemiya işi"

17:10 12.02.2025

Evi olmayan şəxs həbsə girmək üçün cinayət işlədi

16:53 12.02.2025

Sevda Ələkbərzadə Bakı Konqres Mərkəzində konsert verəcək

16:48 12.02.2025

Polisə dəstək olanların xüsusi geyim formaları olacaq

16:46 12.02.2025

Yığışdırın rus dilində danışanlara "mız qoymağı!" - Nura

16:33 12.02.2025

Xudayarın anasını təhqir edən şəxs həbs olundu