Narkotik vasitənin təsiri altında avtomobil idarə edən "Toyota" sürücüsü saxlanıldı

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən "Toyota" sürücüsü saxlanıldı
SOSİAL
15:56 30.07.2022
244
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.

AZXEBER.COM xəbər verir ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən iyulun 28-də Masallı rayonu ərazisində Zəngilan rayon sakini Rauf Hüseynovun idarə etdiyi "Toyota” markalı avtomobil saxlanılıb. Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə protokol tərtib olunub.

Masallı rayon məhkəməsinin qərarı ilə R.Hüseynov iyulun 29-da inzibati həbs edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.
OXŞAR XƏBƏRLƏR