NASA Günəşdəki partlayışı çəkdi - FOTO

MARAQLI
14:11 15.02.2023
394
NASA-nın Günəş Dinamikası Rəsədxanasının peyki Yerin bəzi hissələrinə də təsir edən Günəşdəki güclü partlayışı çəkə bilib.

AZXEBER.COM xəbər verir ki,Milli Okean və Atmosfer İdarəsi (NOAA) partlayışın X1.1 sinifli, yəni çox güclü olduğunu açıqlayıb.

NOAA-nın məlumatına görə, partlayış dünyanın müxtəlif bölgələrində, xüsusən də Cənubi Amerikada radioların kəsilməsinə səbəb olub.

Onu da qeyd edək ki, 2025-ci ildə isə günəşin maksimum fazası öz zirvəsinə çatacaq. Bu səbəbdən elm adamları, xüsusilə, 2025-ci ildə Yerə güclü partlayışların təsir edəcəyini gözləyirlər.

Aydın
 

 

 

 


OXŞAR XƏBƏRLƏR