NASA-nın mükafatlandırdığı azərbaycanlı məktəbli kimdir? - VİDEO

NASA-nın mükafatlandırdığı azərbaycanlı məktəbli kimdir? - VİDEO
SOSİAL
08:44 05.11.2021
698
ABŞ-da təhsil alan həmyerlimiz NASA tərəfindən beynəlxalq sertifikata layiq görülüb.

AZXEBER.COM-un "Xəzər Xəbər"ə istinadən məlumatına görə, Minnesota ştatında yaşayan 6-cı sinif şagirdi Sevda Məmmədovanın çəkdiyi rəsm "Tələbə Kosmik Uçuş Təcrübələri Proqramı" çərçivəsində 13-cü missiyada iştirak edən "Astronavtlar üçün sənət" yarışmasında qalib gəlib.

23 min 117 şagirdin arasından seçilən Sevda sertifikatla mükafatlandırıb. Həmyerlimizin çəkdiyi rəsm əsəri beynəlxalq kosmik mərkəzin 13-cü missiyasında iştirak edən astronavtların geyiminin üzərində yer alıb.

Sevda uğurunu Azərbaycana həsr etdiyini deyir.

OXŞAR XƏBƏRLƏR