Rusiyada Vaqner üsyanından sonra muzdlulara kimin rəhbərlik edəcəyi sualı günlərdir dünya gündəmində müzakirə olunur.
Ukrayna kəşfiyyat mənbələrinin məlumatına görə, şirkətin hərbi rəhbəri Dmitri Utkin muzdlulara başçılıq edəcək.
Utkin "nasist fanatı”, "cinayətkar maşın” kimi tanınır.
Ukraynada 25 min Vaqner əsgəri olmasına baxmayaraq, sonuncu üsyana yalnız 8 min muzdlu qatılıb. Qalan 17 min Vaqner əsgəri Yevgeni Priqojinlə birlikdə qruplaşmanın ən yüksək pilləsində olan digər qurucu Dmitri Utkinin əmrini yerinə yetirərək Ukraynada cəbhə xəttini tərk etməyib.
Nəşrin yazdığına görə, Utkinin Vaqnerin bütün idarəçiliyini tək başına ələ keçirdiyi bildirilir.
Bəs beynəlxalq kəşfiyyat saytlarına görə Vaqnerin yeni rəhbəri Dmitri Valeriyeviç Utkin kimdir?
AZXEBER.COM xarici mənbələrə istinadən Utkin haqda bəzi məlumatlar əldə edib.
53 yaşlı Utkinin əvvəllər polkovnik rütbəsi ilə Rusiya Baş Qərargahının Xarici Kəşfiyyat İdarəsi QRU və Xüsusi Təyinatlı Qüvvələr Komandanlığında rəhbər vəzifələrdə çalışdığı məlum olub. Utkinin GRU-dakı kodu Vaqnerdir, o da adını sonradan Yevgeni Priqojinlə birlikdə quracağı muzdlu şirkətə verəcək. Utkinin Rusiyada "Orduda fərqlənməyə görə” və "Orduda fərqlənməyə görə şücaət medalı”na sahib olduğu da bilinib.
Utkin 1990-cı illərdə Elena Şehcerbinina adlı qadınla ailə həyatı qurub və 3 övladı olub. Evləndikdən bir müddət sonra yoxa çıxaraq itkin düşənlər siyahısına daxil edilib. Utkin həm orduda, həm də kəşfiyyatda eyni vaxtda Rusiyada xüsusi və məxfi əməliyyatlar aparan polkovnik olsa da, bu məlumat uzun müddət ailəsi ilə paylaşılmayıb.
Utkinin nasist Almaniyasının pərəstişkarı olduğu və bədənində çoxlu nasist döymələri olduğu məlum olub. Kəşfiyyat mənbələrindən əldə edilən məlumatlar arasında Utkinin özünü xristianlıqdan əvvəlki slavyan dininin üzvü hesab etməsi və 2016-cı ildən ictimaiyyət arasında görünməməsi də var. Həmçinin bildirilir ki, "Vaqner” şirkətinin hərbi qanadını Utkin toplayıb, qruplaşmanın yaradılmasında iştirak edənlər isə Rusiya Silahlı Qüvvələrinin 700-cü Əlahiddə Ümumqoşun Ordusunun və 2-ci Əlahiddə Ümumqoşun Briqadasının keçmiş əsgərləridir. Qeyd edək ki, Utkin əvvəllər bu briqadanın da komandiri olub.
Dmitri Utkin daha əvvəl muzdluları ilə birlikdə Suriyada Əsəd qüvvələrinin yanında döyüşüb və 2013-cü ildə Moskvaya qayıdıb. Utkinin 2015-ci ildə Suriyaya geri göndərildiyi, lakin Rusiyanın Suriyadakı hava hücumlarında yüzlərlə Vaqner əsgərinin həyatını itirməsindən sonra baş verənlərə etiraz edərək, Ukraynadakı rusiyayönlü separatçı qruplara dəstək vermək üçün Rusiyaya qayıtdığı bildirilir.
Mikayıl