Natan Lerçeklə yayılan xəyanət videosundan danışdı - VİDEO

MAQAZİN
15:17 15.10.2024
352
Rusiyalı müğənni Natan bir neçə gün öncə Kolumbiyada məşhurların birlikdə çəkiliş üçün gəldiyi "Cəngəllikdə ulduzlar” layihəsində Lerçek ilə intim görüntülərinin yayılmasından danışıb.
 
AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, ailəli və iki övlad sahibi olan müğənni peşmançılığını dilə gətirərək videomüraciət yayımlayıb. 
 
Natan Lerçeklə münasibətini belə şərh edib:

"Müəyyən şəraitdə 7/24 qapalı bir layihədə olanda şizofreniya xəstəsi olursan, reallığın harada olduğunu artıq dərk etmirsən. İdarəni itirirsən və özünü heyvan kimi aparırsan. Mənim də başıma bu gəldi. Lerçeklə bir -birimizə qeyri ixtiyari yaxınlaşmamız baş verdi. Bunu inkar edə bilmərəm. Mən hərəkətlərimə bəraət qazandırmıram, özümü çox günahkar hiss edirəm. Çünki bu addımımla mən dünyada mənə ən əziz insan olan həyat yoldaşımın qəlbini qırmışam, onu incitmişəm. Bunu görə bilirəm və istədiyim ailəmi qoruyub saxlamaqdır. Bunun üçün hər şeyi dəcəyəm. Hər şeyi zaman göstərəcək".
 
Aysel
 

OXŞAR XƏBƏRLƏR