Tanınmış müğənni Natavan Həbibinin ölüm xəbəri yayılıb. AZXEBER.COM-un məlumatına görə, bu gün saat 23.00-da sosial şəbəkələrdə müğənninin Novxanıdan gələrkən qəzaya düşdüyü yazılıb.AZXEBER.COM hadisəylə bağlı müğənniylə əlaqə saxlamağa çalışıb. Natavanın köməkçisi olduğunu deyən şəxs portalımıza bildirib ki, Natavan sağ-salamatdır və heç bir qəzaya düşməyib. Ardınca sənətçinin dostu bəstəkar Murad Arif də məlumatı təkzib edib.