"Bu məsələyə çox ciddi yanaşıram. Bunu şoulaşdırmayacam. Toy sırf mənim ailə məsələmdir. Media işçiləri mənim dostumdur, amma qərarım belədir. Heç kim məndən inciməsin".
Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Natavan Həbibi "Xəzər maqazin"ə açıqlamasında deyib.
Sənətçi nişanlısından danışıb:
"Müğənnilər də məndən inciməsinlər. Hamı toyda olmayacaq. Mən xanımam və öz yerimdə oturacam. Nə desələr, o da olacaq. Qarşı tərəfin özü və ailəsi çox ciddidir. İnsanların şəxsi həyatını gündəmə gətirməyə, şouya çevirməyə haqqım yoxdur".