BAKU AZƏRBAYCAN
8°C
euro 1.8710
dollar 1.7010
rubl 0.0268
lirə 0.2700

Natiq Cəfərlinin dairəsində 11 məntəqə ləğv edildi

Natiq Cəfərlinin dairəsində 11 məntəqə ləğv edildi
Seçki2020
18:11 23.02.2020
2908

Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən namizəd, "REAL”çı Natiq Cəfərlinin və "Müsavat"çı Elman Quliyevin şikayətinə baxılıb.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, MSK sədri Məzahir Pənahov dünənki iclasdan öncə N.Cəfərlini gözlətdikləri üçün ona üzrxahlıq edib:

"Ona görə sizin borcunuzdan çıxmaq üçün dedim, bu gün sizi növbədənkənar qabağa salaq”.

Xatırladaq ki, dünən N.Cəfərli bir qədər gözlədikdən sonra ona şikayətinə sabahkı (bugünkü-red.) iclasda baxılacağı deyilib. N.Cəfərli şikayətində bildirib ki, həmin dairə üzrə bir neçə məntəqədə seçici fəallığı aşağı olsa da, səslər lider namizədin xeyrinə şişirdilib, həmin dairədə qeydiyyatda olmayan şəxslər səs verib və digər pozuntulara yol verilib. Şikayətçilər sözügedən dairə üzrə nəticələrin ləğv edilməsini tələb ediblər.

MSK üzvü bildirib ki, həmin dairə üzrə 23 protokoldan 11-də uyğunsuzluq qeydə alınıb.

MSK sədrinin müavini Rövzət Qasımov bildirib ki, protokollardan birində məntəqə sədrinin imzası olmadığı üçün 22 protokol araşdırılıb. Komissiya üzvlərinin səsverməsi nəticəsində həmin dairə üzrə 6, 9, 10, 13,14, 23, 25, 27, 28, 29, 31 saylı məntəqələrin nəticələri etibarsız hesab edildiyi üçün ləğv olunub.

Həmin dairə üzrə lider YAP-ın namizədi Səbinə Xasayevadır. 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

22:30 31.03.2020

Fransada koronavirusa yoluxanların sayı 52,1 min nəfəri ötdü

22:11 31.03.2020

Dünyada koronavirusdan ölənlərin sayı 40 min nəfəri keçdi

21:54 31.03.2020

Türkiyədə koronavirusdan ölənlərin sayı 214 nəfərə çatdı

21:47 31.03.2020

İlham Əliyev neftin ucuzlaşmasından danışdı

21:40 31.03.2020

Abşeronda koronavirus pandemiyası ilə bağlı maarifləndirmə və dezinfeksiya işləri gücləndirilib

21:25 31.03.2020

Azərbaycan Beynəlxalq Bankının reytinq proqnozu stabil qiymətləndirildi

20:10 31.03.2020

Roza Zərgərli Somalidən uşaq övladlığa götürmək istəyir

20:06 31.03.2020

“Blue Residence” koronavirusla mübarizəyə maddi dəstək verdi

19:59 31.03.2020

Qatarların hərəkət qrafiki dəyişdirildi

19:50 31.03.2020

Hökumət koronavirusa görə bu tələbələrə də yardım edəcək

19:45 31.03.2020

İlham Əliyev: Kimsə vəzifədə olan dostlarına arxalanmasın

19:24 31.03.2020

Azərbaycanla Rusiya arasında sərnişin hava uçuşları və dəmir-yol sərnişin daşıması dayandırıldı

19:10 31.03.2020

Bakıda bütün ekspres xətlər üzrə avtobusların iş qrafiki dəyişdirilir

18:59 31.03.2020

“Vəzifədə olan dostlara arxalanırsa, səhv yoldadır” - Prezidentdən xəbərdarlıq

18:51 31.03.2020

Xaçmazlı dərzi 500-dən çox tibbi maska tikərək sakinlərə paylayıb- Foto

18:40 31.03.2020

Koronavirusa yoluxan Rüştü Rəcbərin vəziyyəti ağırdır