AZXEBER.COM xəbər verər ki, bu barədə şəhidin hərbçi yoldaşı məlumat verib. O, bildirib ki, Əliyev Natiq sanitar təlimatçı imiş və yaralı əsgəri təxliyyə edərkən şəhid olub.
Real TV-nin rəhbəri Mirşahin Ağayevin suallarını cavablandıran hərbçi erməni təxribatının detallarını açıqlayıb.
O deyib ki, şəhidlərimizin qanı yerdə qalmayıb. Hərbçi Natiq Əliyevin yaralı əsgərimizi təxliyyə etmək istəyərkən şəhid olduğunu deyib:
"Noyabrın 16-da erməni təxribatının qarşısını alarkən düşmənin ağır texnikası məhv edildi, Azərbaycan əsgəri canı-qanı bahasına öz torpağını qorudu. Həmin döyüşlərdə bizim yaralı əsgərimizi təxliyyə etmək üçün gələn, sanitar avtomobilində olan təlimatçımız şəhid oldu. Bu da düşmənin heç bir beynəlxalq hüquqa, normaya əməl etmədiyinin göstəricisidir. Onlar sanitar maşını şiddətli atəşə tutdu. Bu, heç bir normaya uyğun deyil. Nəticədə bizim sanitar təlimatçımız, kiçik çavuş Əliyev Natiq şəhid oldu. Buna baxmayaraq biz ruhdan düşmədik, şəhid olan qardaşlarımızın qisasını almaq üçün düşmənə daha ağır cavab verərək onları xeyli itki ilə susdurduq”.
Aydın Nuri