Bir müddət əvvəl dünyasını dəyişən jurnalist Natiq Qədimovun övladı olub.
AZXEBER.COM xəbər verir ki, bu barədə məlumatı mərhumun jurnalist dostları sosial şəbəkədə paylaşıb. Onlar bildiriblər ki, jurnalistin oğluna "Natiq" adı qoyulub: "Dostlar, Natiq Qədimov ikinci dəfə dünyaya gəldi!”
Qeyd edək ki, tanınmış jurnalist ötən ilin noyabr ayında infarktdan dünyasını dəyişib.