NATO Baş katibi Aİ-nin Ukrayna üçün “Patriot” sistemləri ilə bağlı qərarını alqışlayıb

NATO Baş katibi Aİ-nin Ukrayna üçün “Patriot” sistemləri ilə bağlı qərarını alqışlayıb
DÜNYA
18:23 08.09.2026
86
NATO-nun Baş katibi Mark Rütte Avropa İttifaqına (Aİ) üzv dövlətlərin Ukraynanın "Patriot” hava hücumundan müdafiə sistemləri üçün mühüm məhsullar almasına imkan verən istisna ilə bağlı razılığa gəlməsini alqışlayıb.

Mark Rütte bu barədə "X” hesabında bildirib.

O qeyd edib ki, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenlə birlikdə bu razılaşmanı alqışlayır.

NATO Baş katibinin sözlərinə görə, növbəti 3,5 milyard dollarlıq maliyyə ayrılması Ukraynaya hava məkanını Rusiyanın hücumlarından daha yaxşı qorumağa imkan verəcək.

Rütte bildirib ki, son bir il ərzində NATO müttəfiqləri PURL təşəbbüsü və ABŞ-ın Xarici Hərbi Satışlar proqramı çərçivəsində Ukraynaya 10 milyard dollardan çox vəsait ayırıblar.

"NATO və Aİ Ukraynanı dəstəkləmək üçün bundan sonra da əl-ələ işləyəcək. Bu, Avropanın məsuliyyəti daha çox üzərinə götürməsinin növbəti nümunəsidir”, – NATO Baş katibi vurğulayıb.

OXŞAR XƏBƏRLƏR