NATO bu ölkəyə 1200 əsgər yerləşdirir

NATO bu ölkəyə 1200 əsgər yerləşdirir
SİYASƏT
18:23 06.03.2022
576
Slovakiyada NATO-nun 1 200 əsgəri yerləşdiriləcək.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə "Pravda” qəzeti məlumat yayıb.

Bununla yanaşı, ölkəyə 1 milyard avro dəyərində hərbi texnikanın göndəriləcək.

Məqsəd Ukrayna hadisələri ilə əlaqədar NATO-nun şərq hissəsi ölkələrinin təhlükəsizliyinin gücləndirilməsidir.

Bundan əlavə, Slovakiyada Almaniya və Niderlandın "Patriot” hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi planlaşdırılır. NATO hərbçiləri ölkədə kibertəhlükəsizliyin təmin edilməsinə cəlb olunacaqlar.
OXŞAR XƏBƏRLƏR