"NATO Dağlıq Qarabağ münaqişəsinin ATƏT çərçivəsində sülh yolu ilə həllini dəstəkləməkdə davam edir".
Bunu Trend-ə müsahibəsində NATO-nun rəsmi nümayəndəsi deyib.
Müsahibin sözlərinə görə, münaqişələrin dinc yolla həlli NATO-nun başlıca dəyəridir.
O qeyd edib ki, bu həm də "Sülh naminə tərəfdaşlıq" proqramının iştirakçılarının əsas məqsədlərindən biridir.
Nümayəndə deyib ki, NATO ATƏT-in azərbaycanlı hərbçinin meyidinin Ermənistan tərəfindən qaytarılması tələbi ilə bağlı bir neçə gün əvvəl verdiyi bəyanatını dəstəkləyir.