NATO-dan Azərbaycanla bağlı mesaj

NATO-dan Azərbaycanla bağlı mesaj
SİYASƏT
12:53 27.03.2026
263
Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) üçün Cənubi Qafqaz mühüm əhəmiyyət daşıyır.

AZXEBER.COM xəbər verir ki, bu fikirlər NATO-nun baş katibi Mark Rüttenin 2025-ci ilin yekunlarına dair hesabatında qeyd edilib.

Bildirilib ki, 2025-ci ildə NATO Azərbaycan və Ermənistan arasında sülh istiqamətində əldə olunan əhəmiyyətli irəliləyişi və Amerika Birləşmiş Ştatlarının sülh prosesinə davamlı töhfəsini alqışlayıb:

"Avqustda sülh sazişinin paraflanması normallaşma və regional təhlükəsizlik istiqamətində mühüm addım olub. NATO hər iki ölkə ilə dialoq və əməkdaşlığı dərinləşdirməyə hazırdır”.
 
Metbuat.az 
OXŞAR XƏBƏRLƏR