NATO-dan Rusiya AÇIQLAMASI: "Soyuq müharibə" istəmirik"

NATO-dan Rusiya AÇIQLAMASI: "Soyuq müharibə" istəmirik"
SİYASƏT
22:10 09.06.2017
1220
"NATO Rusiya ilə dialoqa hazırdır və yeni "silah yarışı" başlamaq istəmir".
 
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib. "
 
Rusiya bizim qonşumuzdur və qonşumuz olaraq qalacaq. NATO yeni "soyuq müharibə" və "silah yarışı" başlamaq istəmir. Dialoqu isə Rusiya-NATO Şurası xətti ilə bərpa etmək mümkündür", - deyə Y.Stoltenberq bildirib.
 
Bununla belə baş katib qeyd edib ki, Rusiya Şərqi Avropada vəziyyəti qeyri-stabillik yaratmaqda davam edir. Bu səbəbdən Alyans Baltikyanı ölkələr, Polşa, Rumıniya və Bolqarıstanda hərbi iştirakını artırmaq məcburiyyətindədir.
OXŞAR XƏBƏRLƏR