NATO-dan Rusiyaya XƏBƏRDARLIQ

NATO-dan Rusiyaya XƏBƏRDARLIQ
DÜNYA
23:29 29.11.2021
418
"Biz müharibə istəmirik, əksinə, Rusiyanın hər hansı təcavüzünün qarşısını almaq istəyirik”.
 
AZXEBER.COM xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq bəyan edib. Alyans rəhbəri Rusiya ilə dialoqa inanır:

"Biz yarana biləcək potensial riskləri azaltmalıyıq. Ümumiyyətlə, biz Rusiyanın niyyətləri barədə spekulyasiya edə bilmərik, lakin Ukrayna ilə sərhəddə və Krımda yerləşdirilən hərbi texnika şübhəlidir, çünki o, pilotsuz uçuş aparatlarını da ehtiva edir. Rusiya Ukrayna ərazisinə hərbi müdaxilə etmək qərarına gəlsə, onlar bunun əvəzini ödəməli olacaqlar və bunun ciddi nəticələri olacaq”.
OXŞAR XƏBƏRLƏR