NATO-dan Ukraynanın tələbinə cavab: Bu haqda düşünmürük

NATO-dan Ukraynanın tələbinə cavab: Bu haqda düşünmürük
DÜNYA
22:16 09.03.2022
1417
"NATO Ukrayna üzərində uçuşa qadağa zonası yaratmağı düşünmür". 

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, bu sözləri Kanadada keçirilən konfransda çıxış edən NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

Qeyd edək ki, Ukrayna prezidenti Zelenski bu gün növbəti dəfə NATO-ya səslənmişdi: 

"Mariupolda doğum evini vurublar. İnsanlar, uşaqlar ölürlər. Səmamızı dərhal bağlayın! Gücünüz var, amma insanlığınızı itirirsiniz".
OXŞAR XƏBƏRLƏR