NATO Moldova və Gürcüstanla əməkdaşlığını dərinləşdirəcək

NATO Moldova və Gürcüstanla əməkdaşlığını dərinləşdirəcək
SİYASƏT
18:08 15.02.2023
276
NATO Gürcüstan, Moldova və Bosniya və Herseqovina ilə əməkdaşlığı dərinləşdirəcək və bu ölkələrə dəstəyini artıracaq.

Bu barədə NATO Baş katibi Yens Stoltenberq alyansın müdafiə nazirlərinin iclasından sonra mətbuata açıqlamasında bildirib.

"NATO müdafiə nazirləri Bosniya və Herseqovina, Gürcüstan və Moldova da daxil olmaqla bizim risk altındakı digər tərəfdaşlarımıza öhdəliyimizi müzakirə ediblər. Biz onlara xüsusi dəstəyimizi artırmaq, onların müdafiə qabiliyyətlərini, möhkəmliyini və NATO ilə qarşılıqlı əməliyyat imkanlarını artırmaqda razılaşdıq”, - deyə Stoltenberq bildirib.
 
///APA
OXŞAR XƏBƏRLƏR