NATO-nun Baş katibi Yens Stoltenberq ilə Ukrayna Prezident Volodimir Zelenski arasında telefon danışığı olub.
Bu barədə NATO Baş katibi tviterdə yazıb.
"Ukrayna Prezidenti Volodimir Zelenski ilə hərbi dəstəyin prioritetlərini müzakirə etdik. NATO və müttəfiqlərin Ukraynaya daha çox yardım göstərməsi son dərəcə vacibdir”, - o bildirib.