NATO-nun baş katibi kim olacaq?- Stoltenberq gedir

NATO-nun baş katibi kim olacaq?- Stoltenberq gedir
DÜNYA
17:54 09.06.2023
228
Bəzi ölkələr NATO-nun başında qadın görmək istəyir

AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, iyulun 11-12-də keçiriləcək sammitdən əvvəl NATO yeni baş katib axtarışlarına başlayıb. NATO-nun baş katibi Yens Stoltenberqin yerinə adlar gündəmə gəlir. Bildirilir ki, bəzi ölkələr NATO-nun başında qadın görmək istəsə də, ABŞ-ın seçimi bu prosesdə təsirli olacaq. Mandatı üç dəfə uzadılan Yens Stoltenberqin sentyabrın sonunda gedəcəyi qeyd olunur. Liderlər NATO-nu təmsil etmək üçün yüksək bacarıqlı, ünsiyyətcil və diplomat siyasətçi axtarırlar. Danimarkanın baş naziri Mette Frederiksen güclü bir namizad olaraq ön plana çıxır. Diplomatlar irəli sürülən bəzi adların Türkiyə tərəfindən qəbul edilməyəcəyini iddia edirlər.

Qeyd edilir ki, NATO-nun baş katibi kim olursa olsun, onu çətin iş gözləyir. Alyansın bütün üzvlərinin Ukraynaya davamlı dəstəyini təmin etməlidir. O Eyni zamanda  NATO-nu Rusiya ilə birbaşa müharibədən qorumalıdır.

Şəbnəm Zahir
OXŞAR XƏBƏRLƏR