NATO-nun baş katibi: “Rusiya strateji səhvinin əvəzini çox ağır ödəyəcək”

NATO-nun baş katibi: “Rusiya strateji səhvinin əvəzini çox ağır ödəyəcək”
DÜNYA
08:42 26.02.2022
304
Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq bildirib ki, Rusiya RF-NATO-nun təsis aktını üç dəfə pozub və saziş artıq qüvvədən düşüb.

O, bu barədə brifinqdə məlumat verib.

"Rusiya Avropada sülhü məhv edib və indi Ukrayna xalqı Rusiyanın təcavüzü qarşısında öz azadlığı uğrunda mübarizə aparır. NATO Rusiyanı bu mənasız müharibəyə dərhal son qoymağa, qoşunlarını Ukraynadan çıxarmağa və dialoq yoluna qayıtmağa çağırır.

Rusiya təcavüzkardır və Belarus da bu işə töhfə verir. Prezident Vladimir Putin Ukraynanı işğal etmək qərarına gəlib və bu, Rusiyaya çox baha başa gələcək dəhşətli strateji səhvdir”, - NATO baş katibi bəyan edib.

O əlavə edib ki, Rusiyanın Ukraynadakı hərbi əməliyyatı Rusiyanın strateji təhlükəsizliyini gücləndirməyəcək.

"Rusiyanın əsas məqsədi Kiyevdə hakimiyyəti dəyişməkdir. Rusiya həmçinin NATO qüvvələrini Şərqi Avropadan çıxarmağa çalışır.

NATO Ukrayna, Gürcüstan, Moldova, eləcə də Bosniya və Herseqovinaya demokratik islahatların aparılması üçün daha çox yardım göstərmək niyyətindədir.

NATO əlavə olaraq alyansın şərqində minlərlə hərbi qulluqçu, yüksək hazırlıq vəziyyətində olan 100-dən çox təyyarə və 120-dən çox gəmi yerləşdirib. Hərbi alyans və Avropa İttifaqı özləri üçün itkilər olsa belə, Rusiyaya qarşı sanksiyalar siyasətini davam etdirmək niyyətindədir”, -deyə Stoltenberq qeyd edib.

Alyans rəhbəri vurğulayıb ki, NATO hava hücumundan müdafiə sistemləri də daxil olmaqla, Ukraynaya silah tədarükünü davam etdirəcək.
 
///Report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ADNSU-nun əlaçı tələbələri Balaxanıda “ADNSU-100” lövhəsinin açılışını ediblər - FOTOLAR
19:51 08.08.2025
ADNSU-nun əlaçı tələbələri Balaxanıda “ADNSU-100” lövhəsinin açılışını ediblər - FOTOLAR
Məşhur aktrisaya AĞIR İTKİ
19:48 08.08.2025
Məşhur aktrisaya AĞIR İTKİ
Hikmət Hacıyev: Prezident İlham Əliyev müharibədə qalib gəldi – indi o sülhü qazandı
19:46 08.08.2025
Hikmət Hacıyev: Prezident İlham Əliyev müharibədə qalib gəldi – indi o sülhü qazandı
Yaşar süni intellektlə çəkilən klipini təqdim etdi - VİDEO
19:25 08.08.2025
Yaşar süni intellektlə çəkilən klipini təqdim etdi - VİDEO
Almaniya İsrailə silah ixracını dayandırıb
19:10 08.08.2025
Almaniya İsrailə silah ixracını dayandırıb
Ukrayna və Moldovanın Aİ üzvlüyü üçün danışıqlar prosesi eyni vaxtda başlayacaq
18:58 08.08.2025
Ukrayna və Moldovanın Aİ üzvlüyü üçün danışıqlar prosesi eyni vaxtda başlayacaq
Çin İsrailin Qəzza ilə bağlı planlarından ciddi narahatdır
18:40 08.08.2025
Çin İsrailin Qəzza ilə bağlı planlarından ciddi narahatdır
Fransa klubu çempionatın başlamasına bir gün qalmış Liqa 2-yə yüksəlib
18:29 08.08.2025
Fransa klubu çempionatın başlamasına bir gün qalmış Liqa 2-yə yüksəlib
Həbsxanaya kartofun içərisində telefon keçirmək istədi
18:06 08.08.2025
Həbsxanaya kartofun içərisində telefon keçirmək istədi
Putin bu ilin sonunda Hindistana səfər edəcək
17:52 08.08.2025
Putin bu ilin sonunda Hindistana səfər edəcək
ADNSU-nun üç əməkdaşı “Qlobal İqlim Dəyişikliyi Çağırışı 2025” müsabiqəsində münsif seçildi
17:38 08.08.2025
ADNSU-nun üç əməkdaşı “Qlobal İqlim Dəyişikliyi Çağırışı 2025” müsabiqəsində münsif seçildi
Ağ Ev: Azərbaycan və Ermənistan sülh razılaşması imzalayacaq
17:33 08.08.2025
Ağ Ev: Azərbaycan və Ermənistan sülh razılaşması imzalayacaq
"Vaşinqton görüşü nəticəsində Cənubi Qafqaz üçün yeni siyasi səhifə açıla bilər" - ŞƏRH
17:20 08.08.2025
"Vaşinqton görüşü nəticəsində Cənubi Qafqaz üçün yeni siyasi səhifə açıla bilər" - ŞƏRH
Yağış yağacaq, leysan olacaq, dolu düşəcək
17:07 08.08.2025
Yağış yağacaq, leysan olacaq, dolu düşəcək
Azərbaycan XİN: Gürcüstandakı münaqişənin ərazi bütövlüyü prinsipləri əsasında həllinin tərəfdarıyıq
17:05 08.08.2025
Azərbaycan XİN: Gürcüstandakı münaqişənin ərazi bütövlüyü prinsipləri əsasında həllinin tərəfdarıyıq
Batumidə fərdi nəqliyyat vasitələri üçün yaradılan şərait - VİDEO
16:52 08.08.2025
Batumidə fərdi nəqliyyat vasitələri üçün yaradılan şərait - VİDEO