NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın paytaxtı Kiyevə gedib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın işğalı başladığı 24 fevral 2022-ci ildən bəri ilk dəfə Ukraynanın paytaxtı Kiyevə səfər edib.
Stoltenberq Kiyevin mərkəzindəki Mixaylovskaya meydanında həlak olmuş ukraynalı müdafiəçilərin Xatirə Divarının yanında görüntülənib.
Stoltenberqin Kiyevə səfəri ilə bağlı əvvəllər heç bir açıqlama verilməyib.
Ayşən