ABŞ və NATO-nun təşəbbüsü olan Prioritetləşdirilmiş Ukrayna Tələblər Siyahısı (Prioritized Ukraine Requirements List - PURL) proqramı çərçivəsində artıq dörd hərbi yardım paketi maliyyələşdirilib.
Bu barədə "RBK-Ukrayna"ya NATO nümayəndəsi bildirib.
"PURL proqramı çərçivəsində indiyədək dörd paket maliyyələşdirilib. İlk paketlərdən bəzi avadanlıqlar artıq Ukraynaya çatdırılıb, daha çoxu isə yoldadır", - nümayəndə deyib.
Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski qeyd etmişdi ki, ölkə ilk PURL hərbi yardım paketləri çərçivəsində "Patriot" və HIMARS sistemləri üçün raketlər alacaq.
/report