Estoniyanın Rusiya hərbi təyyarələrinin onun ərazisi üzərində uçması ilə bağlı açıqlamasından sonra NATO-ya üzv ölkələr gələn həftənin əvvəlində məsləhətləşmələr keçirəcək.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Almaniyanın FAZ qəzeti məlumat yayıb.
"Estoniyanın Rusiya qırıcıları tərəfindən hava məkanını pozduğunu elan etməsindən sonra NATO-ya üzv ölkələr gələn həftənin əvvəlində məsləhətləşmələr üçün bir araya gələcək. Məsləhətləşmələr 4-cü maddəyə uyğun olaraq keçiriləcək", - nəşr alyansın sözçüsünə istinadən yazıb.