NATO Rusiya sərhədi yaxınlığında genişmiqyaslı hərbi təlimlərə başlayır

NATO Rusiya sərhədi yaxınlığında genişmiqyaslı hərbi təlimlərə başlayır
DÜNYA
06:48 27.10.2026
213
NATO Latviyada, Rusiya sərhədi yaxınlığında genişmiqyaslı hərbi təlimlərə başlayır.

Bu barədə Latviyanın "Delfi" nəşri məlumat yayıb.

Məlumata görə, "Resolute Reforger 2026” adlı təlimlər NATO-nun Latviyada yerləşən çoxmillətli briqadasının tarixində ən böyük hərbi təlimlər olacaq.

Noyabrın 8-dək davam edəcək təlimlərə təxminən 3 min hərbçi və 1000 ədəd hərbi texnika cəlb olunacaq.

Təlimlər zamanı hərbi bölmələrin yerləşdirilməsi, onların maddi-texniki təminatı, uzaq məsafələrdə fəaliyyətlərinin əlaqələndirilməsi, eləcə də Latviya Silahlı Qüvvələri ilə qarşılıqlı fəaliyyət imkanları sınaqdan keçiriləcək.
 
///modern.az///
OXŞAR XƏBƏRLƏR