NATO Rusiyanı qoşunlarını Ukrayna ilə sərhəddən çıxarmağa çağırıb

NATO Rusiyanı qoşunlarını Ukrayna ilə sərhəddən çıxarmağa çağırıb
SİYASƏT
14:12 19.02.2022
367
"NATO Rusiyanı Ukrayna ətrafındakı gərginliyin azaldılması istiqamətində əhəmiyyətli addım atmağa və qoşunlarını sərhəddən çıxarmağa çağırır”.

Bunu alyansın Baş katibi Yents Stoltenberq Münhen Təhlükəsizlik Konfransında deyib.

"Rusiyanın Silahlı Qüvvələrini sərhəddən çıxarması böhranın diplomatik yolla həlli istiqamətində ilk və vacib olar. Risklərin azaldılması məqsədilə Rusiyaya görüş təklifimi təkrarlamaq istəyirəm”, - o bildirib.

Baş katib Kremli diplomatiya yolunu seçməyi tövsiyə edib: "Avropada təhlükəsizlik yalnız ABŞ-la əməkdaşlığa əsaslanır. Bunu iki dünya müharibəsi də sübut edib”.
 
///Report
OXŞAR XƏBƏRLƏR