NATO tarixində ilk dəfə türk general direktor vəzifəsinə seçilib

NATO tarixində ilk dəfə türk general direktor vəzifəsinə seçilib
DÜNYA
18:38 08.05.2025
334
Türkiyə Milli Müdafiə Nazirliyi NATO tarixində ilk dəfə türk generalın NATO Beynəlxalq Hərbi Qərargahında direktor olaraq vəzifə tutacağını açıqlayıb.

Məlumata görə, NATO Beynəlxalq Hərbi Qərargahında Əməkdaşlıq və Təhlükəsizlik direktoru vəzifəsinə briqada generalı Eray Ündüger seçilib.

"Ölkəmiz NATO-nun güclü və etibarlı bir müttəfiqi olaraq, ittifaqın sülh və təhlükəsizliyinə mühüm töhfələr verir", - deyə nazirlikdəki mənbə bildirib.
OXŞAR XƏBƏRLƏR