“NATO təşəbbüslərimizi təqdir edir”

“NATO təşəbbüslərimizi təqdir edir”
SİYASƏT
19:39 14.12.2021
382

"Biz Baş katiblə regionda enerji təhlükəsizliyi məsələsini də müzakirə etdik”.

AZXEBER.COM xəbər verir ki, bunu Prezident İlham Əliyev Brüsseldə NATO Baş katibi Yens Stoltenberqlə keçirdiyi görüşdən sonra mətbuata açıqlamasında deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan dörd NATO ölkəsinin təbii qazla təminatçısıdır:

 

"Əminəm ki, yaxın illərdə bu say artacaq. Bu regional stabilliyin təhlükəsizliyi üçün də çox önəmlidir. Çünki enerji təhlükəsizliyi artıq milli təhlükəsizliyin önəmli bir hissəsidir.

Biz NATO ilə yüksək səviyyədə münasibətlərdən çox məmnunuq və şadıq ki, NATO da bizim təşəbbüslərimizi təqdir edir”.

OXŞAR XƏBƏRLƏR