NATO Türkiyəyə 1000 konteyner göndərəcək

NATO Türkiyəyə 1000 konteyner göndərəcək
DÜNYA
13:41 15.02.2023
177
NATO Kahramanmaraşda zəlzələdən zərər çəkmiş insanların sığınacağı üçün Türkiyəyə göndərəcəyi 1000 konteynerin daşınması üçün hazırlıq işləri görür.

AZXEBER.COM xəbər verir ki, NATO-nun Neapoldakı Birləşmiş Qüvvələr Komandanlığından verilən açıqlamaya görə, ən azı 1000 konteynerdən ibarət olacaq və zəlzələdən zərərçəkənlərə sığınacaq verəcək obyektlərin göndərilməsi üçün hazırlıqlar bir müddət əvvəl başlayıb.

Ən azı 2000 nəfərin yarı daimi yaşayış yerlərində sığınacaq tapacağı gözlənilir.

NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı (SACEUR) general Kristofer Kavoli bölmələrin göndərilməsi səylərinə rəhbərlik edir.

Ayşən
OXŞAR XƏBƏRLƏR