NATO Ukraynaya dəstəyini davam etdirəcək

NATO Ukraynaya dəstəyini davam etdirəcək
DÜNYA
22:33 03.12.2025
74
NATO-ya üzv ölkələr, o cümlədən Kanada, Almaniya, Niderland, Norveç və Polşa PURL (Ukraynanın prioritet ehtiyaclarının siyahısı) çərçivəsində Ukraynaya dəstək üçün əlavə vəsait ayırır. Proqrama alyans üzvlərinin 2/3-dən çoxu qoşulub.

Bu barədə alyansın baş katibi Mark Rütte Brüsseldə NATO ölkələrinin xarici işlər nazirlərinin iclasının yekunlarına dair mətbuat konfransında bildirib.

"Avstraliya və Yeni Zelandiya (NATO-ya daxil deyillər – red.) da PURL-ə töhfə verəcəklər – onlar proqrama qoşulan alyans tərəfdaşları arasında ilk ölkələrdir. Bu o deməkdir ki, müttəfiqlər və tərəfdaşlar artıq PURL çərçivəsində 4 milyard dollardan çox vəsait ayırıblar və bu bizə bütün il üzrə 5 milyard gözləməyə imkan verir", – deyə Rütte vurğulayıb.

O bütün ölkələri 2026-cı ilə qədər öhdəliklərinin icrasını sürətləndirməyə çağırıb.

"NATO üzvləri tərəfindən maliyyələşdirilən PURL çərçivəsində ölkəyə kritik əhəmiyyətli silahlar, o cümlədən cəbhə xəttini saxlamaq və əhalini qorumaq üçün HHM sistemləri göndərilir. Ukrayna inanılmaz dözümlülük nümayiş etdirir, Putin hesab edir ki, yardım dayanana qədər vaxt qazana bilər, lakin bu baş verməyəcək", - Rütte qeyd edib.
 
/report
OXŞAR XƏBƏRLƏR