NATO XİN başçılarının görüşünün gündəliyi açıqlandı

NATO XİN başçılarının görüşünün gündəliyi açıqlandı
DÜNYA
20:08 05.05.2022
352
NATO xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünün gündəliyi açıqlanıb.
 
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, toplantıda regional və qlobal məsələlər müzakirə olunacaq.

NATO baş katibi Yens Stoltenberq və Almaniya xarici Annalena Beerbok toplantını giriş sözü ilə açacaqlar. Həmçinin vurğulanıb ki, müzakirələr canlı yayımlanacaq. Toplantıdan sonra Baş katibin və nazirlərin mətbuat konfransı keçirəcəkləri gözlənilir.

Qeyd edək ki, toplantı mayın 14-15-də Almaniyanın paytaxtı Berlində keçiriləcək.
OXŞAR XƏBƏRLƏR