Naxçıvan bu ilin “Gənclər paytaxtı” oldu

Naxçıvan bu ilin “Gənclər paytaxtı” oldu
SOSİAL
21:38 02.02.2018
1548
Naxçıvan şəhəri 2018-ci ilin "Gənclər paytaxtı” elan edilib. 
 
Bu 2 fevral - Gənclər günü ilə bağlı "Buta  Palace” sarayında keçirilən tədbirdə elan edilib.
 
Naxçıvan şəhəri onlayn səsvermə yolu ilə "Gənclər paytaxtı" seçilib.
 
"Gənclər paytaxtı”nın simvolik açarı Naxçıvanın gənclər və idman naziri Azad Cabbarova təqdim olunub.
 
Qeyd edək ki, 2017-ci ilin "Gənclər paytaxtı” Balakən şəhəri elan edilmişdi.
OXŞAR XƏBƏRLƏR