Naxçıvan MR-nın ədliyyə orqanlarına qəbul imtahanı keçirilib

Naxçıvan MR-nın ədliyyə orqanlarına qəbul imtahanı keçirilib
SOSİAL
15:34 26.10.2025
49
Naxçıvan MR-nın ədliyyə orqanlarına qəbul imtahanı keçirilib.

Bu barədə AZXEBER.COM-a DİM-dən bildirilib.

İmtahan kompüterlər vasitəsilə elektron formada Naxçıvan şəhəri, M.T.Sidqi adına 4 nömrəli tam orta məktəbdə təşkil edilib.

İmtahan saat 11:00-da başlanıb və 3 saat davam edib. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytına yerləşdiriləcək.

İmtahanda 10 nəfər iştirak edib. 9 namizəd müsabiqənin ikinci mərhələsinə – müsahibəyə buraxılıb.
OXŞAR XƏBƏRLƏR