"Naxçıvan Muxtar Respublikasının səlahiyyətlərinin yalnız Azərbaycanla bağlı olması təqdirəlayiqdir"

"Naxçıvan Muxtar Respublikasının səlahiyyətlərinin yalnız Azərbaycanla bağlı olması təqdirəlayiqdir"
SOSİAL
13:03 03.02.2026
735
Xəbər verdiyimiz kimi, Naxçıvan Konstitusiyasının Preambulasından Moskva və Qars müqavilələrinin adı çıxarılır. Milli Məclisin iclasında "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambula hissəsindən 1921-ci il tarixli Moskva və Qars müqavilələrinin adı çıxarılır. Qeyd olunur ki, Naxçıvanın muxtariyyəti və ərazi bütünlüyü artıq Azərbaycan Konstitusiyası çərçivəsində tənzimlənir.

AMEA-nın əməkdaşı, türkoloq-alim Faiq Ələkbərli AZXEBER.COM-a bildirib ki, Naxçıvan Muxtar Respublikasının səlahiyyətlərinin yalnız Azərbaycanla bağlı olması təqdirəlayiqdir:

"İkinci Qarabağ müharibəsindən və lokal xarakterli antiterror əməliyyatından sonra bunun həyata keçirilməsi təsadüfi deyil. Artıq Naxçıvan Muxtar Respublikasının səlahiyyətlərinin yalnız Azərbaycanla bağlı olması təqdirəlayiqdir. Azərbaycanın ərazi bütövlüyü  Rusiya Federasiyası və Türkiyə Respublikası ilə bağlanmış müqavilələr vasitəsilə deyil, yalnız Azərbaycan Konstitusiyasına əsasən müəyyən edilir. 2-ci Qarabağ müharibəsinə və antiterror əməliyyatına qədər müəyyən problemlər olduğuna görə Naxçıvan məsələsi belə qalmışdı. Azərbaycan artıq ərazi bütövlüyünü tam bərpa etdiyinə görə, bu məsələnin həmin müqavilələrə bağlı qalmasına ehtiyac yoxdur”.

Türkoloq-alim qeyd edib ki, sözügedən məsələ Türkiyə ilə də razılaşdırılıb:

"Sözügedən məsələ Türkiyə ilə də razılaşdırılıb və qardaş ölkə Azərbaycanın mövqeyini dəstəkləyir. Rusiya Federasiyasının isə bununla bağlı etiraz etməsi və ya mənfi münasibət göstərməsi ehtimalı zəif görünür. Çünki Azərbaycan artıq 86,6 min kvadrat kilometr ərazi bütövlüyünü tamamilə bərpa edib. Azərbaycan  regionda, xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində daha güclü şəkildə ortaya çıxacaq”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
Bakının bu yerlərində işıq kəsiləcək
22:34 26.07.2026
Bakının bu yerlərində işıq kəsiləcək
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO
22:26 26.07.2026
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO