"Naxçıvan tarix boyu daşıdığı strateji əhəmiyyətlə bu gün də Azərbaycanla əlaqələrimizdə mühüm yer tutur"

"Naxçıvan tarix boyu daşıdığı strateji əhəmiyyətlə bu gün də Azərbaycanla əlaqələrimizdə mühüm yer tutur"
SİYASƏT
17:01 25.09.2023
211
"Naxçıvan tarix boyu daşıdığı strateji əhəmiyyətlə bu gün də Azərbaycanla əlaqələrimizdə mühüm yer tutur".

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 25-də Azərbaycan Preizdenti İlham Əliyevlə mətbuata birgə bəyanatla çıxış edərkən bildirib.

O qeyd edib ki, Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldib: "Azərbaycanlı qardaşlarımızın Türkiyədə baş verən zəlzələ ilə bağlı göstərdikləri dəstəyi heç zaman unutmayacağıq".

Türkiyə Prezidenti deyib ki, Naxçıvan iqtisadiyyat, enerji xətləri baxımından böyük potensiala malikdir: "Xəzərdən keçən Orta Dəhlizin önəmi koronavirus pandemiyası və bölgəmizdəki savaşlar zamanı daha da artıb. İğdır-Naxçıvan kəməri bölgənin də enerji təhlükəsizliyinə böyük töhfə verəcək”.

O, Qars-Naxçıvan dəmir yolu ilə bağlı niyyət protokolunun əhəmiyyətini vurğulayıb.
OXŞAR XƏBƏRLƏR