Naxçıvan televiziyasının müvəqqəti icrası ona həvalə edildi

Naxçıvan televiziyasının müvəqqəti icrası ona həvalə edildi
SOSİAL
20:34 12.06.2025
678
Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinin müvəqqəti icrası tanınmış jurnalist İlhamə Novruzovaya həvalə edilib.

AZXEBER.COM xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb.

Xatırladaq ki, digər sərəncamla Sahil Tahirli "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.
OXŞAR XƏBƏRLƏR